"Sportinq"in sabiq orta sahə oyunçusu da Azərbaycan klubunun “qara siyahı”sında - FOTO

16:40 Zirə 157
"Sportinq"in sabiq orta sahə oyunçusu da Azərbaycan klubunun “qara siyahı”sında - FOTO

“Zirə”nin bu qış fasiləsində yollarını ayırmaq istədiyi daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

Avrokuboklar uğrunda yarışan qəsəbə təmsilçisi müdafiəçi Fuad Bayramovla yanaşı, Rikardo Martins Gimaraynş ilə vidalaşmaq niyyətindədir.

“Qartallar“ cari ilin martında sıralarına qatdığı "Quima" ləqəbli legionerin qeyri-sabit çıxışından məyusdur. Ondan gözləniləni verə bilməyən mzoambiklinin müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Odur ki, Premyer Liqanın gümüş medalçısı Portuqaliya doğumlu afrikalını icarəyə verməyə hazırdır. Razılaşsa, müəyyən qədər təzminat qarşılığında kontraktına xitam verilməsi də mümkündür.

29 yaşlı əcnəbi karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib.

Mozambik millisinin üzvü keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti