Rəşad Sadıqovun yay fasiləsində etdiyi seçimləri özünü doğrultmaqdadır.
Xüsusilə "Şamaxı"dan heyətə cəlb edilən Leroy Mikels və Brahim Konate "Zirə"nin gücünə güc qatıb.
Konate 13 turda meydanda olduğu 11 görüşə 2 qol, 2 məhsuldar ötürmə sındırıb. Yarımmüdafiəçi üçün əla nəticədir.
Vinger mövqeyində çıxış edən Leroy Mikels uzunmüddətli zədəsinə rəğmən meydana çıxdığı 9 matçda 2 vacib qol vurmağı bacarıb.
"Hər gözəlin bir eybi var" deyiblər.
Məncə, uğurlu qrafik cızan "Zirə"nin həmin eybi Yeqor Boqomolskidir.
Bir neçə il "Neftçi"də yaxşı pullar qazanan, qarşılığında "ağ qaralar"ın azarkeşlərinə ancaq əsəb, stress yaşadan belaruslu yenə öz ampulasındadır.
Gününü keçirib, pulunu qazanır.
Meydana ayaq basdığı 14 görüşdə cəmi 1 qolla yadda qalıb. O da "Kəpəz"in darmadağın olunduğu (5:0) görüşə təsadüf edir.
Görünən odur ki, Rəşad Sadıqov da "böyük istedad" adı altında ölkəmizə gətirilən bu adamın potensialını aça bilmədi.
Ümumiyyətlə, onda potensial var idimi?
XANOĞLAN / SPORTİNFO.AZ

