“Fikrimcə, azarkeşlər üçün maraqlı oyun oldu.
“Kəpəz” ilk 15 dəqiqəni aşkar şəkildə bizdən üstün təsir bağışlayırdı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tyaqo Silva deyib.
Ötən cümə Yevlaxda baş tutan “Kəpəz” – “Zirə” qarşılaşmasında turun sürpriz nəticəsi qeydə alına bilərdi.
Nominal meydan sahibləri ilk hissəni üstün keçirib, qol imkanları yaratmasına baxmayaraq, topu tora göndərmək mümkün olmadı.
Zirəlilər təcrübədən istifadə etməklə oyunun sonlarına yaxın vacib 2 qol vurmaqla 3 xal istəyinə çatdı.
25 yaşlı portuqaliyalı qapıçı layiqli qələbə qazandıqlarını gizlətməyib:
“Rəqibin əlverişli şansları var idi. Lakin biz onlara qol vurmaq imkanı vermədik.
İrəliləyən dəqiqələrdə isə üstünlüyü sahib olub topa nəzarəti əlimizə keçirdik. Vurduğumuz qollar oyunun axarına görə idi.
Qələbəni çox istəyirdik. Çünki bu bizə ikinci pillədə möhkəmlənmək baxımından vacib idi”.
Tyaqo ilk dəfə səfər etdiyi Yevlaxda gördükləri və yeni döşənmiş süni örtük barədə bunları deyib:
“Süni örtükdə oynamaq həmişə çətindir. Üstəlik, örtük yenidir. Uyğunlaşma baxımından müəyyən çətinliklər yaşadıq. “Sintetika”nın vəziyyəti əla olmasa da, yaxşı idi”.
HƏBİB

