“Orada mənim günahım yox idi, üstümə gəldi, problemin səbəbini bilmirəm”

1 Dekabr 2025 01:20 Zirə 683
“Orada mənim günahım yox idi, üstümə gəldi, problemin səbəbini bilmirəm”

“Dava baş verdiyi epizodda şəxsən mən tərəfdən heç bir problem yox idi.

Oyun yekunlaşdıqdan sonra “Kəpəz”in futbolçusu mənə tərəf gəldi.

Bilmirəm, danışmaq, yoxsa dalaşmaq istədi. Çünki mənə tərəf gələn o idi”.

Sportinfo.az xəbər verir ki, bunu "Zirə”nin yarımmüdafəçisi Ayron Qomis deyib.

Fransalı legioner “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqa matçından sonra yaşanan insident barədə danışıb:

“Olavale Onanunqa ilə yaranann problemin səbəbini bilmirəm. Öz adımdan, heç bir problem yox idi.

Oyunlarda hakimlər tərəfindən bəzi futbolulara müəyyən güzəştlər olur. Amma bizə ilk qayda pozuntusunda vərəqə göstərilir.

Bu, birinci dəfə deyil, müxtəlif oyunlarda olur. Məhz həmin epizodda isə mənim günahım yox idi”.

Qomis qələbə qazanaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəldikləri üçün xoşbəxt olduğunu deyib:

“Çox çətin oyun keçdi. “Kəpəz” yaxşı komandadır.

Gərgin mübarizədə 3 xal qazandıq. Əsas da bu idi. Buna görə məmnunuq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti