Rəşad Sadıqovun yeni tapıntısından PİS XƏBƏR var

30 Noyabr 2025 22:55 Zirə 2 372
Rəşad Sadıqovun yeni tapıntısından PİS XƏBƏR var

"Zirə"nin yayda heyətinə qatdığı əcnəbilərdən olan Abdul Aziz Batibienin yaşıl meydanlara qayıdışı gözləniləndən gec olacaq.

Konfrans Liqasının seçmə mərhələsində "Hayduk"la səfər matçında ağır zədə alan toqolu bu mövsümün sonuna qədər yaşıl meydanlara qayıtmaya bilər.

O, hazırda Bakıda zədəsinin müalicəsi ilə məşğuldur və nə vaxt məşqlərə başlayacağı belə bilinmir.

Hücumçu avqustda İstanbulda ön çarpaz bağlarından əməliyyat keçirib.

Onun təxminən bu ilin sonu məşqlərə başlayacağı və növbəti ilin ilk aylarında meydana çıxacağı gözlənilirdi.

Lakin bərpa prosesi gözləniləndən gec gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti