Azərbaycanda belə futbolçu da var – Nümunəvi hərəkətin VİDEOsu

19:00 Zirə 256
Azərbaycanda belə futbolçu da var – Nümunəvi hərəkətin VİDEOsu

Premier Liqanın 12-cu turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” qarşılaşmasının yekununda sevinən tərəf meydan sahibləri oldu.

“Qartallar” ilk hissədə vurulan yeganə qol hesabına matçı qalib qismində tərk etdi.

Qolu da kim vursa yaxşıdır? Azərbaycanda ilk addımlarını “Qəbələ” atıb, sonradan “Zirə”yə keçən Ruan Renato.

Braziliyalı müdafiəçi 11 metrlik cərimə zərbəsi zamanı topa yaxınlaşarkən diqqətlər mümkün qolu necə qeyd edəcəyi idi.

Ruan dəqiq zərbə ilə Səlahət Ağayevə şans yeri qoymadı. Və...

...qolu xüsusi sevinclə qeyd etmədi. Yumruqlarını sıxmaqla sevincini içində boğdu. Komanda yolaşlarının başına yığışması belə, “sambaçı”nı yolundan döndərmədi.

Renato bu addımı ilə həm “Qəbələ” azarkeşlərinin, həm də matçı televizor qarşısında izləyənlərin alqışını qazandı.

31 yaşlı müdafiəçi 2021-2023-cü illərdə “Qəbələ”nin heyətində meydana çıxdığı 72 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Zirə”nin formasında isə 98 görüşdə 8 qol, 2 assistlə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!