“Zirə”ni də TİLSİMLƏYİBLƏR?

23 Fevral 16:05 Zirə 953
“Zirə”ni də TİLSİMLƏYİBLƏR?

"Zirə"nin müdafiəçisi Məqsəd İsayev Premyer Liqanın 23-cü turunda "Sumqayıt"ı məğlub etdikləri (3:0) matçdan sonra Sportinfo.az-a açıqlama verib.

O, öncə görüş barədə danışıb:

"Sumqayıt"ın zəif çıxış etmədiyini deməliyəm. Sadəcə biz çox ciddi hazırlamışdıq. Düşünürəm ki, haqq etdiyimiz qələbə oldu. Növbəti görüşlərə hazırlaşacağıq".

"Qartallar" artıq 17 oyundu "kimyaçılar"a uduzmur. İsayev 5 ildi davam edən uğurlu tendensiyanın sirrini belə izah edib:

"Açığı, bu qədər uzun müddətdir məğlub olmadığımızı bilmirdim. Amma "Qəbələ"də oynadığım dövrdə də "Sumqayıt"a qalib gəlirdik.

Bunun tilsim olduğunu deməzdim. Hər oyuna maksimum hazırlaşırıq. Çünki yuxarı sıralarda olmaq üçün xallara ehtiyacımız var.

Oynayaraq qələbə qazanırıq. "Sumqayıt" da pis komanda deyil. Sadəcə bu gün yaxşı oynayan tərəf biz olduq və layiqli qələbə qazandıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti