Millinin oyunçusu ilə danışıqlar başladı - Geri qayıtması üçün

18 Yanvar 2025 21:20 Zirə 2 314
Millinin oyunçusu ilə danışıqlar başladı - Geri qayıtması üçün

Elvin Canalov yenidən “Zirə”yə qayıda bilər.

“Qartallar” keçmiş yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

Qəsəbə təmsilçisi onunla danışıqlara başlayıb.

Çünki millinin üzvü «Sabah»la yolları ayırmaq həddinə çatıb.

2021-ci ildən «bayquşlar»ın formasını geyinən və bu müddətdə kapitanlıq dərəcəsinə yüksəlmiş orta sahə oyunçusu Vasili Berezutskinin planlarında yer almır.

Öən ilin noyabrında baş məşqçi təyin olunmuş rusiyalı «Qəbələ»nin yetirməsini əsas heyətdə görmür. 42 yaşlı çalışdırıcı bu barədə həm rəhbərliyə, həm də səbəbkarın özünə məlumat verib.

Bildirib ki, o, icrasını istədiyi taktiki sxemə uyğun gəlmir və burada qalarsa, oynamaq şansı çox olmayacaq.

Elvin də öz növbəsində yeni komanda axtarışına çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!