“Məqsədimiz? Təbii ki, 2025-ci ilə qələbə ilə başlamaq”

18 Yanvar 2025 14:40 Zirə 1 132
“Məqsədimiz? Təbii ki, 2025-ci ilə qələbə ilə başlamaq”

Bu gün Premyer Liqada XIX turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

“Qartallar”ın müdafiəçisi Ange Mutsinzi matçla əlaqəli fikirlərini Sportinfo.az-a açıqlayıb.

Ruandadan olan legioner çempionatın ilk iki dövrəsində məğlub edə bilmədikləri “Araz-Naxçıvan”la növbəti duelin ağır keçəcəyini bildirib:

“Fikrimcə, hər iki komanda üçün çətin, eyni zamanda maraqlı oyun olacaq. Bu, “Araz-Naxçıvan”la aradakı xal fərqini azaltmaq üçün yaxşı şansdır.

Bu imkandan yararlanmağa çalışacağıq. Məqsədimiz? Təbii ki, 2025-ci ilə qələbə ilə başlamaq”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!