"Zirə" ilə "Fənərbağça" arasında vacib ANLAŞMA ƏLDƏ OLUNDU

31 May 16:20 Zirə 575
"Zirə" ilə "Fənərbağça" arasında vacib ANLAŞMA ƏLDƏ OLUNDU

“Zirə” PFK-nın və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbaxça”nın baş katibi Burak Kızılhanla görüşüb.

“Fənərbaxça”nın ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər