"Bu, mənim üçün ən xoşbəxt günlərdən biridir" - "Zirə"dən

21 May 2022 19:50 Zirə 851
"Bu, mənim üçün ən xoşbəxt günlərdən biridir" - "Zirə"dən

“Oyun çətin keçdi. Çünki futbolçularda narahatlıq var idi. Yenə də sağ olsunlar. Birinci hissədə oyunumuz alınmasa da, ikinci yarıda oyuna tam nəzarət edə bildilər. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Amma qol vurmaq cəhdlərimiz alınmadı".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin məşqçisi Vaqif Paşayev Azərbaycan Premyer Liqasının 28-ci turunda “Şamaxı” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:

O, bürünc medal qazandıqları üçün şad olduqlarını deyib: "Komandamızı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovu təbrik edirəm. O, bu mövsüm çox yaxşı işlər gördü. 35 ildir futboldayam. Amma bu, mənim üçün ən xoşbəxt günlərimdən biridir”.

Xəbər Lenti