"Zirə"ni çiyinlərində "daşıyan" adam - "Neftçi" bundan qorxsun

23 Oktyabr 2021 14:00 Zirə 759
"Zirə"ni çiyinlərində "daşıyan" adam - "Neftçi" bundan qorxsun

Azərbaycan Premyer Liqasında 8-ci turun maraqlı qarşılaşmalarından biri bu gün "Neftçi" və "Zirə" arasında baş tutacaq.

Qonaqların hücumçusu David Volkovun hazırkı tura qədər olan statistikası göz qamaşdırır.

Gürcüstanlı legioner komandasının 9 qolundan 5-nin müəllifi, birinin isə asistidir.

Ümumiyyətlə, "Zirə" mövsümün arxada qalan bölümündə qazandğı üç qələbəyə görə Volkova minnətdar olmalıdır.

Belə ki, "Keşlə" (0-2) və "Səbail" (1-2) üzərində qələbədə o dübul edibsə, "Sumqayıt"a vurulan yeganə qolun ötürməsini verib.

26 yaşlı hücumçu "Neftçi" ilə ilk dövrədəki qarşılaşmada da fərqlənməyi bacarıb. Amma onun qolu məğlubiyyətdən (1-2) xilas olmağa yetməyib.

Yəqin ki, yuxarıdakı statistikadan "Neftçi"nin çalışdırıcısı Samir Abasov da məlumatlıdır. Onun Volkovla bağlı planlarının nə dərəcədə uğurlu olub-olmamasını isə axşamkı matçdan sonra biləcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti