Voleybol üzrə kişilərdən ibarət milli komanda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarını Sloveniyada davam etdirəcək. Bu barədə Sportinfo.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Aprelin 17-dən İsraildə təlim-məşq toplanışında olan yığma üzvləri hazırlığın ikinci mərhələsini Maribor şəhərində keçirəcək.
Orada 6 yoxlama görüşü keçirməyi planlaşdıran Fərid Calalovun rəhbərlik etdiyi kollektiv mayın 6-da Bakıya dönəcək. Azərbaycan komandası İsraildəki toplanış dönəmində 3 yoxlama matçında qüvvəsini sınayıb. Yığma İsrailin 23 yaşadək voleybolçulardan ibarət komandasını, “İlabur” klubunu və “Yehuda”nı məğlub edib.

