Qubadakı idman obyekti Məmmədovların əlindən alınır

19 Aprel 2017 14:12 Voleybol 681
Qubadakı idman obyekti Məmmədovların əlindən alınır

Azərbaycan Voleybol Federasiyasının sabiq prezidenti və nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb. Sportinfo.az-ın baku.ws-ə istinadən məlumatına görə, Məmmədovların Qubadakı "Rixos Quba” oteli də onların nəzarətindən çıxır. Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədi.

Z.Məmmədovun oğlu, Azərbaycan Qolyf Federasiyasının prezidenti Anar Məmmədovun xidmətindəki otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir. Ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" qolf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir. Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti