Yığmamızdan BİABIRÇILIQ!

11 Yanvar 2020 00:28 Voleybol 1 484
Yığmamızdan BİABIRÇILIQ!

Niderlandda qadın voleybolçular arasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən Azərbaycan yığması Apeldornda son oyununa çıxıb.

Millimizin qrupda son rəqibi Polşa olub. Görüş millimiz üçün formal xarakter daşıyırdı. Komandamız ilk iki matçda məğlub olduğundan, yarımfinala iddiası qalmamışdı.

Ancaq hər iki qarşılaşmada qələbə qazanan polşalılar 0:3 hesabı ilə yenilərsə, birinciliyi əldən verəcəkdilər. Lakin bu da baş verməyib. Komandamız bu görüşdən də məğlub ayrılıb.

Polşa – Azərbaycan 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Hollandiya), "Omnisport" salonu

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada