Azərbaycan yığması Təsnifat Turnirinə məğlub başladı

7 Yanvar 2020 23:54 Voleybol 634
Azərbaycan yığması Təsnifat Turnirinə məğlub başladı

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda Azərbaycan yığması da mübarizə aparır. Komandamız ilk dəfə Olimpiadaya qatılmaq niyyətindədi.

A qrupunda yer alan voleybolçularımız ilk sınağını bu gün verib. Yeni baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında debüt görüşü bu gün ev sahibi Niderlanda qarşı olub. Komandamız bu oyundan məğlub ayrılıb. .

Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu.
Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.

Polşa - Bolqarıstan - 3:1 (23:25, 25:20, 25:19, 25:22)

Digər Xəbərlər
Xəbər Lenti