"Məni milliyə çağırdılar, dedilər ki, sizdən xahiş edirik"

22 Dekabr 2019 10:24 Voleybol 900
"Məni milliyə çağırdılar, dedilər ki, sizdən xahiş edirik"

"Bunu ilk dəfədir açıqlayıram, amma demək istəmirdim, siz vadar etdiz". Sportinfo.az xəbər verir ki, bu sözlər voleybol üzrə qadınlardan ibarət millinin baş məşqçisi Faiq Qarayevə məxsusdur.

O, "baş məşqçi üçün eyni vaxtda yığmada və klubda çalışmaq çətindirmi" sualına belə cavab verib: "Mən "Vakıfbank"da işləyəndə 1997/1998 mövsümündə Türkiyə çempionu oldum və ölkə kubokunu qazandım.

Türkiyə tarixində ilk dəfə komandanı Çempionlar Liqasına apardım. "Vakıfbank"da işləyəndə məni Türkiyə millisinə çağırdılar. Dedilər ki, sizdən xahiş edirik. Həm "Vakıfbank"da işlədim, həm də Türkiyə millisinin məşqçisi oldum.

"Azərreyl"də də işləmişəm. Onda da bir komanda var idi. Sistem elə idi ki, yığmadakı oyunçular hamısı mənim nəzarətim altında idi və orada da çox oyunçular yetişdi.

Hazırda bizim federasiyada böyük islahatlar gedir. Kişilərin yarışında 8, qadınların mübarizəsində isə 6 komanda çempionatda iştirak edir. Yığmada da bir az gəncləşmə gedir. Hər şey yaxşı olacaq".

Xəbər Lenti