COP29

Azərbaycan çempionatında Gürcüstan yığması

14 Dekabr 2019 20:12 Voleybol 797
Azərbaycan çempionatında Gürcüstan yığması

Bu gün "Dərnəgül" Voleybol Mərkəzində həm kişi, həm də qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib. Sportinfo.az xəbər verir ki, yeni çempionatın ilk oyunu qadınlardan ibarət "Azərreyl"lə "Abşeron" arasında baş tutub.

Qarşılaşma "dəmiryolçular"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov da iştirak edib. Açılış mərasimi bitincə meydana kişi voleybolçulardan ibarət "Neftçi" və "Murov" komandaları çıxıb. "Neftçi" hər 3 setdə rəqibindən güclü olub.

Qadınların çempionatında 6, kişilərin yarışında isə 8 komanda mübarizə aparır. Yarış Azərbaycan çempionatı olsa da, Gürcüstanın həm qadın, həm də kişilərdən ibarət milliləri də müsabiqədənkənar mübarizəyə qatılıb.

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!