Millimizin yeni çalışdırıcısı müəyyənləşdi

14 Dekabr 2019 18:08 Voleybol 1 446
Millimizin yeni çalışdırıcısı müəyyənləşdi

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Vasif Talıbov təyin edilib. 7-12 yanvar 2020-ci il tarixlərində Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində Famil Ağayev və Eldar Yusubov isə yığma komandanın köməkçi məşqçiləri kimi seçiliblər.

Qeyd edək ki, hər üç məşqçi, voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı “Super” liqa yarışlarında mübarizə aparan klublarda baş məşqçi kimi fəaliyyət göstərirlər. Vasif Talıbov “Murov”, Famil Ağayev “Azərreyl”, Eldar Yusubov isə “Abşeron” voleybol klubunun baş məşqçiləridirlər.

Vasif Talıbov son olaraq Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti