Millimizin baş məşqçisi kiminlə yola getməyib?

12 Dekabr 2019 10:33 Voleybol 1 257
Millimizin baş məşqçisi kiminlə yola getməyib?

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvləri Leyla Parşkova və Odina Bayramova 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində zədə üzündən çıxış etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev məlumat verib. O, Parşkovanın Türkiyədə "Acıbadem" klinikasında əməliyyat olunacağını əlavə edib.

Qarayev əvvəlki baş məşqçi Covanni Kapraranın fəlsəfəsinin yığma ilə uzlaşmadığını bildirib. O, Yuliya Kərimova ilə Kaprara arasında problemin olduğunu da diqqətə çatdırıb. Qarayevin sözlərinə görə, bu problemin də yığmanın çıxışına təsiri olub.

Qarayev 2018-ci ildə Qızıl Avropa Liqasından sonra baş məşqçi postunu tərk etmiş, bu il onu Kaprara əvəzləmişdi. Lakin italiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmadı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada