Qalib gələ bilməsələr, Premyer Liqadan qovulacaq

7 Aprel 2017 20:00 Voleybol 795
Qalib gələ bilməsələr, Premyer Liqadan qovulacaq

Vest Hem”in baş məşqçisi Slaven Biliç istefa təhlükəsi ilə üz-üzədi. Sportinfo.az xəbər verir ki, “çəkicdöyənlər” “Suonsi” ilə keçiriləcək oyunda qalib gələ bilməsələr, Biliç postundan qovulacaq. Bu iddianı irəli sürən “Telegraph” nəşri onu əvəz edəcək mütəxəssisin adını da açıqlayıb.

Məlumata görə, Biliçi “Vest Hem”in akademiyasının rəhbəri Terri Uestli əvəz edəcək. Uestli Biliç ailə vəziyyətinə görə olmayanda komandaya başçılıq edib. 5 oyunda ardıcıl məğlub olan “Vest Hem” hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Suonsi” ilə oyun aprelin 8-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti