Qadın voleybolçulardan ibarət “Telekom” cari super liqanın qalibi olub. Sportinfo.az xəbər verir ki, serbiyalı baş məşqçi Zoran Qayiçin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son turunda “Lokomotiv”i 3:0 hesabı ilə məğlub edərək qızıl medalları qazanıb. 15 oyundan 14-də qələbə qazanan “Telekom” ölkə çempionu adını qazanıb. Beləliklə, “rabitəçilər” 1 illik fasilədən sonra yenidən, cəmdə 9-cu dəfə zirvəni tutub.
“Telekom”un “Lokomotiv” üzərində qalibiyyətindən sonra “Azərreyl” çempion titulu ilə vidalaşaraq gümüş medalla kifayətlənib. “Azəryol” bürünc medalları daha əvvəl təmin etmişdi. Ölkə çempionatında “Lokomotiv” 4-cü, Gürcüstan komandası isə sonuncu yeri tutub.

