Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, günün mərkəzi matçında “Telekom”la “Azərreyl” üz-üzə gəlib. “Gənclik” Olimpiya Kompleksində baş tutan matç böyük ölçüdə çempionun adına aydınlıq gətirib. Son qızıl medalçı “Azərreyl” 3:2 (22:25; 16:25, 25:23, 25:22, 18:16) qalib gələrək, titulunu qorumaq yolunda daha bir inamlı addım atıb.
Artıq bürünc medalı təmin edən “Azəryol” isə “Lokomotiv”i məğlub edib - 3:0 (25:13; 27:25; 26:24). Hazırda "Azərreyl" 34 xalla turnir cədvəlinə başçılıq edir. "Telekom" 33 xalla 3-cü, "Azəryol" isə 25 xalla 3-cüdü. 9 xala malik "Lokomotv" 4-cü, hesabında hələ ki xalı olmayan Gürcüstan yığması isə sonuncu pillədə qərarlaşıb.

