Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi Türkiyə, İndoneziya, Pakistan və Əfqanıstanla birgə A qrupuna düşüb.
B qrupunda isə İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları mübarizə aparacaq. Hər qrupdan iki ən yaxşı komanda yarımfinala yüksələcək. İran əsas komanda ilə təmsil olunmayacaq. Voleybol yarışları 11 - 21 mayda keçiriləcək.

