MOİK Azərbaycan çempionatını tərk etdi?

1 Mart 2017 16:48 Voleybol 864
MOİK Azərbaycan çempionatını tərk etdi?

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında bu gün XIII tur keçirilib. Sportinfo.az-ın məlumatına görə, baş tutmalı 3 qarşılaşmadan cəmi 1-i oynanılıb. Günün yeganə görüşündə “Nəqliyyatçı” – “Naxçıvan”la üz-üzə gəlib. Matç Aleksandr Çyornının yetirmələrinin asan qələbəsi ilə yekunlaşıb.

“Naxçıvan” rəqibinə nə set, nə də xal verib – 3:0. “Sumqayıt” yarışdan imtina etdiyinə görə “Neftçi”yə texniki qələbə verilib. Maraqlıdı ki, “ağ-qaralar”ı izləyən “Lokomotiv” də 3 xalı meydana çıxmadan qazanıb. Bu dəfə qeyri-müəyyən səbəbdən MOİK meydana çıxmayıb.

“Nəqliyyatçı” - “Naxçıvan” – 0:3 (23:25, 23:25, 17:25)
“Lokomotiv” – MOİK – 3:0 (25:0, 25:0, 25:0)
“Neftçi” - “Sumqayıt” – 3:0 (25:0, 25:0, 25:0)

O Q M S X
1 “Neftçi” 13 12 1 38-5 37
2 “Lokomotiv” 13 12 1 37-6 36
3 MOİK 13 6 7 19-26 22
4 “Naxçıvan” 13 6 7 23-25 18
5 “Nəqliyyatçı” 13 2 11 11-33 8
6 “Sumqayıt” 13 0 13 0-39 0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti