Bu adam Azərbaycana gəlir

28 Fevral 2017 13:00 Voleybol 724
Bu adam Azərbaycana gəlir

Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu üçün hakimlərin adı açıqlanıb. Sportinfo.az-nın məlumatına görə, “Azərreyl” və “Telekom” da qrupda son matçlarını idarə edəcək ədalət təmsilçilərini tanıyıb.

Belə ki, “Telekom”un “Konegliano” (İtaliya) ilə oyunu Mario Bernaolaya (İspaniya) həvalə edilib. Bakıda təşkil olunacaq matçda ikinci hakim funksiyasını Mirko Yankoviç (Serbiya) yerinə yetirəcək.

“Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” qarşılaşmasında isə Nadejda Kozlova (Rusiya) və Toomas Murulo (Estoniya) fit çalacaqlar. Hər iki 2 matç fevralın 28-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti