Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Sportinfo.az-ın məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.
Əliyev III tur çərçivəsində baş tutacaq “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə italiyalı Roberto Boris olacaq. Oyun fevralın 28-də Yekaterinburqda keçiriləcək.

