Azərbaycan yığmasının baş məşqçisi İsrail klubunda - FOTO

25 Fevral 2017 09:26 Voleybol 717
Azərbaycan yığmasının baş məşqçisi İsrail klubunda - FOTO

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov hazırda İsrail çempionu olan Hayfanın "Makkabi" klubuna rəhbərlik edəcək. Sportinfo.az xəbər verir ki, bu barədə İsrailin voleybol liqasının mətbuat xidməti məlumat yayıb.

59 yaşlı azərbaycanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti