Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Sportinfo.az-ın məlumatına görə, günün yeganə matçında “Azəryol” Gürcüstan millisini sınağa çəkib. Eldar Yusubovun yetirmələrinin ilk 2 dövrədə olduğu kimi bu dəfə də asan qələbə qazanması proqnozlaşdırılırdı.
Ehtimallar özünü doğruldub. Belə ki, ilk setdə rəqibini 10 topluq fərqlə məğlub edən “Azəryol” növbəti hissəni 25:9 hesabı ilə aktivinə yazıb. Üçüncü set isə sonuncu olub. Bakı təmsilçisi bu dəfə 25:11 hesabı ilə qalib gəlib. Onlar bununla da xal ehtiyatını 22-yə çatdırıblar.
“Azəryol” – Gürcüstan - 3:0 (25:15, 25:9, 25:11)
“Azərreyl” Voleybol Mərkəzi
I oyun: “Azəryol” – Gürcüstan – 3:0 (25:9; 25:12; 25:16)
II oyun: Gürcüstan – “Azəryol” - 0:3 (16:25, 13:25, 12:25)
Telekom
12
11
1
33-14
1096-877
29
Azərreyl
11
8
3
30-11
939-741
26
Azəryol
13
7
6
27-18
1003-873
22
Lokomotiv
11
2
9
7-28
585-829
6
Gürcüstan
9
0
9
1-27
392-695
0

