“Bakıdakı görüşdən 1 aydan çox keçib, mən hesab etmirəm ki..."

21 Fevral 2017 18:12 Voleybol 671
“Bakıdakı görüşdən 1 aydan çox keçib, mən hesab etmirəm ki..."

“İlk matçda rəqibə 3:0 hesabı ilə qalib gəldik. Bu, mövsümdə potensialımızı açdığımız ilk oyun idi. Həmin qarşılaşma səviyyəmizi ortaya qoydu” - Sportinfo.az-ın məlumatına görə, bunu Polşanın “Ximik” voleybol klubunun baş məşqçisi Yakub Qluşak deyib.

Orlen Liqanın qalibinin çalışdırıcısı Çempionlar Liqasında “Telekom”la oyundan danışıb. O bildirib ki, bu gün V tur çərçivəsində keçiriləcək matçda bakılılara bir set belə uduzmaq niyyətində deyillər: “Bakıdakı görüşdən 1 aydan çox vaxt keçib. Hesab etmirəm ki, bu müddətdə rəqibin heyətində çox şey dəyişib.

Onların Çempionlar Liqasında heyəti eynidi. Yalnız meydanın mərkəzində rəqibin eyni mövqedə 3 oyunçusu var. “Telekom”un baş məşqçisi hər qarşılaşmada yetirmələrinə fərqli voleybol oynadır. Onlar daxili çempionatda da ilk məğlubiyyətlərini alıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti