Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, günün mərkəzi matçı “Azəryol”la “Azərreyl” arasında olub. Görüş "Azərreyl"in qələbəsiylə nəticələnib - 3:0. Digər oyunda isə “Telekom” “Lokomotiv”lə üz-üzə gəlib.
Hər 3 setdə qalib gələn "Telekom" qarşılaşmanı qələbəylə başa vurub. Hazırda hesabında 29 xal olan "Telekom" 1-ci pillədə qərarlaşıb. 23 xala malik "Azerreyl" 2-ci, 16 xalı olan "Azəryol" isə 3-cü pillədə qərarlaşıb. "Lokomotiv" 6 xalla 4-cü, Gürcüstanın gənclərdən ibarət komandası 0 xalla sonuncudu.
“Telekom” – “Lokomotiv” - 3:0 (25:15, 25:10, 25:19)
“Gənclik” Olimpiya Kompleksi
I dövrə: “Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: “Lokomotiv” - “Telekom” - 1:3 (25:23, 19:25, 20:25, 13:25)
“Azəryol” – “Azərreyl” - 0:3 (19:25, 13:25, 21:25)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: “Azərreyl” - “Azəryol” - 3:0 (25:22, 29:27, 25:20)
Telekom 11 11 0 33-11 1030-801 29
Azərreyl 10 7 3 27-11 863-692 23
Azəryol 11 5 6 21-18 852-772 16
Lokomotiv 10 2 8 7-25 536-753 6
Gürcüstan 8 0 8 1-24 357-620 0

