Azərbaycanda yeni komandanın yaranması haqda AÇIQLAMA

2 May 03:00 Voleybol 476
Azərbaycanda yeni komandanın yaranması haqda AÇIQLAMA

"Azərbaycanda yeni voleybol komandasının yaranması sevindirici haldır".

Sportinfo.az xəbər verir ki, bunu "DH Volley Baku"nun kapitanı Aynur İmanova klubun təqdimat mərasimində bildirib.

O, yerli voleybolçulara şans verilməsini yaxşı hal sayıb:

"Yerlilərə şans verdiklərinə görə təşəkkür edirəm. Çox yaxşı haldır ki voleybolçuları sentyabrda deyil, indidən cəlb edirlər".

A.İmanova hədəflərinin çempionluq olduğunu söyləyib:

"Üç il ardıcıl "Azərreyl"də oynadım. Bu, mənim üçün yeni klubdur. Burada da hədəfimiz çempionluqdur.

Bunun üçün çalışacağıq və əlimizdən gələni edəcəyik. Yerlilərin komandaya cəlb olunması milliyə də yaxşı təsir edəcək".

DH Volley Baku" növbəti mövsüm Azərbaycan Yüksək Liqasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti