Yığmamızın Gürcüstan və İsveçlə oyunlarına TƏYİNATLAR

03:40 Voleybol 81
Yığmamızın Gürcüstan və İsveçlə oyunlarına TƏYİNATLAR

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı ilk oyunlarının hakimləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, yığmamız ilk matçlarına İsveçdə çıxacaq.

İyunun 6-da meydan sahiblərinə qarşı görüşdə Norveç və Danimarka təmsilçiləri ədaləti qoruyacaqlar. Ertəsi gün Gürcüstanla üz-üzə gələcək millimizin oyunu İsveç və Norveçdən olan referilərə tapşırılıb.

Kişilər, I turnir (İsveç)

6 iyun
19:00. Azərbaycan – İsveç
Hakimlər: Ellen Mari Burheym (Norveç), Morten Enqborq Kleyn (Danimarka)
UMEA Enerji Arena

7 iyun
19:00. Gürcüstan - Azərbaycan
Hakimlər:
Helena Persson (İsveç), Ellen Mari Burheym (Norveç)
UMEA Enerji Arena

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı