
Voleybol üzrə Avropa Qızıl Liqasında mübarizə aparacaq qadınlardan ibarət Azərbaycan millisinin 2-ci turnirdəki oyunlarının təyinatları bəlli olub.
Sportinfo.az xəbər verir ki, yığmamızın Slovakiyada meydan sahibləri və Monteneqro ilə görüşlərinin hakimləri də müəyyənləşib.
Slovakiyalılarla qarşılaşmada polşalı və yerli ədalət təmsilçisi hakimlik edəcək. İkinci qarşılaşmada isə serbiyalı və polşalı referi iş başında olacaq.
Qadınların Qızıl Liqasının ilk turniri Bakıda baş tutacaq.
6 iyun
22:00. Azərbaycan – Slovakiya
Hakimlər: Bosko Miliç (Polşa), İqor Şimpl (Slovakiya)
Bratislava. Pasiyenki İdman Sarayı
7 iyun
20:00. Monteneqro – Azərbaycan
Hakimlər: Stanislava Simiç (Serbiya), Bosko Miliç (Polşa)
Bratislava. Pasiyenki İdman Sarayı