Yığmamızın oyunçuları Rumıniya çempionatının finalında

26 Mart 2025 03:20 Voleybol 715
Yığmamızın oyunçuları Rumıniya çempionatının finalında

Azərbaycan millisinin voleybolçusu Aleksandr Melnikov “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinal seriyasında iki qələbə qazanan komanda “Krayova”nı bu dəfə 3:1 hesabı ilə məğlub edib.

“Korona Braşov”un finala vəsiqəsini təmin edən ikinci görüşdə Melnikov 21 xal toplayaraq bombardir olub.

Cari mövsümü ikinci pillədə başa vuran Melnikovun klubu finalda Buxarest “Dinamo”su ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!