“İlk məqsədimizə çatdıq”

22 Mart 2025 04:00 Voleybol 758
“İlk məqsədimizə çatdıq”

"Bu, “Vaşaş”la mənim ardıcıl dördüncü, komandanın isə beşinci uğurudur”.

Sportinfo.az xəbər verir ki, bunu “Vaşaş”ın voleybolçusu Ayşən Abduləzimova deyib.

Azərbaycan millisinin və Budapeşt klubunun kapitanı Macarıstan kubokunu qazanmalarını şərh edib. O bildirib ki, hədəfləri ölkə çempionatını qazanmaları ilə yekunlaşacaq:

“İlk məqsədimizə çatdıq, kuboku qazandıq. “Kapoşvar”la final oyunu çətin oldu, lakin matçın sonuna qədər üstünlüyü qoruyub saxladıq və qalib gəldik.

Hazırda çempionatda yarımfinal görüşlərini gözləyirik, burada da “Kapoşvar”a qarşı oynamalı olacağıq. Məqsəd finala çıxmaq və titul uğrunda mübarizə aparmaqdır.

Təbii ki, qarşıda bizi CEV kubokunda Rumıniya “Alba”sı ilə yarımfinalın cavab qarşılaşması gözləyir. Müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

“Vaşaş” kubokun finalında 3:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!