Azərbaycanlı oyunçuların klubu finala yüksəldi

22 Mart 2025 03:50 Voleybol 863
Azərbaycanlı oyunçuların klubu finala yüksəldi

Azərbaycan voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri “Alba” Rumıniya çempionatının finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, komanda yarımfinal seriyasında "Braşov"u iki dəfə məğlub edib.

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn müntəzəm çempionatın lideri cavab görüşündə də rəqibindən güclü olub - 3:0. Ruban bu oyunda 12 xal toplayıb.

"Alba" finalda “Dinamo” – “Voluntari” yarımfinal cütünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti