Türkiyə klubunun oyununa təyinat alan azərbaycanlı kimdir?

21 Fevral 2024 04:00 Voleybol 926
Türkiyə klubunun oyununa təyinat alan azərbaycanlı kimdir?

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.

O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas" və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"