Azərbaycan yığmasının hücumçusu Rumıniya klubunda

28 Sentyabr 2022 11:00 Voleybol 681
Azərbaycan yığmasının hücumçusu Rumıniya klubunda

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Rubanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu karyerasını Rumıniyada davam etdirəcək.

Ötən mövsüm Türkiyədə “Bolu Bələdiyyəspor”da çıxış edən Ruban Diviziya A1-də mübarizə aparan “Luqoj”a keçib.

Serbiyalı Sara Lozoya kompensasiya verərək müqaviləni pozan Rumıniya klubu voleybolçumuzu onun əvəzinə heyətinə qatıb.

“Luqoj” ötən il Diviziya A1-də 5-ci yeri tutub. Komanda kubokda mübarizəni 1/4 finalda dayandırıb. Rubanın komandası yeni mövsümdə 4 cəbhədə mübarizə aparacaq.

Məşqlərə yeni start verən “Luqoj” Çelenc kubokunda, ölkə çempionatı, kuboku və Superkubokunda qüvvəsini sınayacaq. Diviziya A1 oktyabrın sonunda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU