Azərbaycanın kişi millisi İslamiadada yarımfinala yüksəldi

14 Avqust 2022 00:20 Voleybol 592
Azərbaycanın kişi millisi İslamiadada yarımfinala yüksəldi

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib – 22:25.

Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib – 19:25.

Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi 7 xalla qrup lideri olan Kamerunla birlikdə yarımfinala yüksəlib.

Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub.

Mərakeş isə Sudanı 3:0, Kamerunu 3:2 hesabı ilə yenib. Daha bir qarşılaşmada Kamerun Sudanı məğlub edib - 3:0.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular