Azərbaycan millisinin hücumçusu karyerasını bitirdi

15 İyun 2024 02:50 Voleybol 2 120
Azərbaycan millisinin hücumçusu karyerasını bitirdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu zədə səbəbindən bu qərarı verdiyini açıqlayıb.

O, son olaraq “Abşeron” komandasında çıxış edib.

Odina Əliyeva karyerası ərzində “Azərreyl”, “Azəryol”, “Il Bisonte Firenze”, “Real Mutua Fenera Çieri” (hər ikisi İtaliya), “Seramiksan” (Türkiyə), “Cakarta Elektrik”, “Cakarta Pertamina Energi” (hər ikisi İndoneziya), “Sesi” (Braziliya), “Çoko Muço Flayinq Titans” (Filippin), “Şenzen Zonqsai” (Çin), “Atletes Unlimited” (ABŞ) və "Binh Dyen Lonq An" (Vyetnam) komandalarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti