Millimizdən əhəmiyyətsiz iş...

29 May 2017 10:36 Voleybol 627
Millimizdən əhəmiyyətsiz iş...

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun yetirmələri son turda İslandiya voleybolçuları ilə üz-üzə gəlib. Görüş millimizin 3:0 (25:16, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız ilk oyununda Türkiyəyə, ikinci oyunda Almaniyaya, üçüncü oyunda Ukraynaya, ardınca isə Fransaya 0:3 hesabı ilə məğlub olmuşdu. Yığmamız islandlarla oyundakı qələbə ilə yalnız qrup sonunculuğundan xilas olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti