Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov karyerasını İtaliyada davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bu barədə “report”a 25 yaşlı idmançının özü məlumat verib.
O bildirib ki, hazırda bununla bağlı danışıq aparılır: “Karyeramı İtaliyada davam etdirməyi düşünürəm. Hələlik ad çəkmək istəmirəm, danışıqlar gedir. Rəsmiləşdikdən sonra açıqlayacağam”.
Bayramov son mövsümü Türkiyə çempionatının II divizionunda çıxış edən “Solhan”da keçirib. O, karyerası ərzində “Azərneft”, “Sərhədçi”, “Birgol İranian” (İran) və “Palandöken Belediyespor” (Türkiyə) komandalarının da formasını geyinib.

