Yığmamızın hücumçusu Avropada bu kluba keçdi - FOTO

19 Yanvar 2021 23:40 Voleybol 1 558
Yığmamızın hücumçusu Avropada bu kluba keçdi - FOTO

Azərbaycan millisinin voleybolçusu Katerina Jidkova karyerasını Macarıstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, hücumçu “Svitelski-Bekeşçaba”ya transfer olunub.

Bu barədə Bekeşçaba şəhərinin rəsmi saytı məlumat yayıb. Milliləşdirilmiş ukraynalı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Katerina Jidkovanın son klubu Yunanıstanda AEK olub. O, buradan azad agent statusuyla ayrıldığından, transferi Macarıstan klubuna pulsuz başa gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?