“Beşiktaş”dan ilk transfer

13 Avqust 2020 01:24 Türkiyə 980
“Beşiktaş”dan ilk transfer

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” bu yay ilk transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu “Alanyaspor”dan ayrılan Fabrise Nskalanı transfer edib.

Bu barədə “qara qartallar”ın rəsmi saytı məlumat yayıb. 30 yaşlı konqolu müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 2017-ci ildən "Alanyaspor"da çıxış edən Nskala bu komandada ümumilikdə 128 oyuna çıxıb.

Yeri gəlmişkən, Türkiyə mətbuatı “Beşiktaş”ın kanadalı futbolçusu Atiba Hatçinsonla da yeni müqavilə imzaladığını iddia edir. 37 yaşlı yarımmüdafiəçinin 500 min avro qarşılığında daha 1 il İstanbul təmsilçisində çıxış edəcəyi bildirilir.

İstanbul klubunun tezliklə bu barədə də rəsmi açıqlama yayması gözlənilir. Hatçinson 2013-cü ildən "Beşiktaş"da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti