Super Liqa klubu Şeydayevə müqavilə təklif etdi

1 Avqust 2020 17:52 Türkiyə 1 832
Super Liqa klubu Şeydayevə müqavilə təklif etdi

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev Türkiyədən yeni təklif alıb.

Üç il öncə «Trabzonspor»un formasını geyinən forvarda bu dəfə «Kayserispor»dan dəvət gəlib.

Mövsümün yekunlarına əsasən, Super Liqanı tərk etməli olan, lakin Türkiyə Futbol Federasiyasının son qərarıyla elitada saxlanılan Anadolu klubu onunla danışıqları sürətləndirib.

2014-2008-ci illərdə millimizi çalışdırmış Robert Prosineçki buradan yaxşı tanıdığı Şeydayevi israrla öz sərəncamında görmək istəyir. Təklif olunan müqavilə isə 1+1 illikdir.

Ramilin «Sabah»ın Qəbələdəki düşərgəsində olduğu halda, hələ də kontraktını uzatmamasının əsas səbəbi budur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM