Super Liqa klubu millinin sabiq üzvü ilə vidalaşdı

12 May 2020 01:38 Türkiyə 741
Super Liqa klubu millinin sabiq üzvü ilə vidalaşdı

“Gənclərbirliyi” isveçli müdafəçisi Mattias Byarsmirlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 33 yaşlı futbolçu klub rəhbərliyinə müraciət edərək, ayrılmaq istədiyini bildirib. Bu üzdən də tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.

İsveç millisinin sabiq üzvü 2019-cu ilin avqust ayında transfer olunduğu Super Liqa klubu ilə 1 illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər