"Fənərbaxça" bu dəfə Pelleqrini ilə danışığa başladı

21 Aprel 01:24 Türkiyə 174
"Fənərbaxça" bu dəfə Pelleqrini ilə danışığa başladı

Yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirən "Fənərbaxça" Manuel Pelleqerini ilə danışıq aparır.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun rəsmiləri 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaradıb.

Məlumata görə, "sarı-lacıvərdlilər" çilili mütəxəssisi Türkiyəyə dəvət edib. Pelleqrinin son iş yeri "Vest Hem" olub. O, "Real", "Mançester Siti", "Malaqa", "River Pleyt" və "Vilyarreal" kimi klubları çalışdırıb.

Xəbər Lenti