“Fənərbaxça”da koronavirus şoku - bir oyunçusu və işçisi

26 Mart 2020 00:28 Türkiyə 501
“Fənərbaxça”da koronavirus şoku - bir oyunçusu və işçisi

“Fənərbaxça”nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.

Daha öncə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak, həmçinin onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu.

Türkiyənin digər nəhəng klublarından “Beşiktaş” və “Trabzonspor”da da hər kəs testdən keçib və onlarda koronavirusa rast gəlinməyib.

Digər Xəbərlər
Xəbər Lenti