"Neftçi"nin isveçli idman direktoru ilə danışıb: "Amma bu oyunla bağlı yox"

16 Noyabr 2023 09:00 Türkiyə 810
"Neftçi"nin isveçli idman direktoru ilə danışıb: "Amma bu oyunla bağlı yox"

"Martda Azərbaycan millisinə qarşı oynamışdıq, birinci hissəsində çətinliklə üzləşmişdik.

Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İsveç yığmasının baş məşqçisi Yanne Andersson Avro-2024-ün seçmə mərhələsində bu gün Azərbaycanla keçirilən oyun haqda deyib.

O qeyd edib ki, qrupdan çıxmaq şansları qalmasa da, bütün matçlara eyni cür yanaşırlar:

"Yaxşı çıxış etmək və qələbə qazanmaq istəyirik. Yanaşmamız da heç bir dəyişiklik yoxdur. Sabah rəqibə çətin anlar yaşatmaq istəyirik".

Hədəflərinin qələbə olduğunu bildirən baş məşqçi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da münasibət bildirib:

“Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hekken” sonluğu uğurlu başa vuracaq”.

O, "Neftçi"nin isveçli idman direktoru Yens Anderssonla söhbətinin olduğunu bildirib:."Amma bu oyunla bağlı yox. Qısa müddətdir ki, Azərbaycanda çalışır".

Digər Xəbərlər
Xəbər Lenti